Sinir sisteminin hərəki, hissi, koordinator və digər funksiyalarının pozulması ilə müşayiət olunmayan, cüzi astenizasiya əlamətləri, vegetativ-damar davamsızlığı və ayrı-ayrı davamlı dağınıq üzvi nişanələr şəklində sinir sistemi zədələnmələrinin qalıq əlamətləri və nəticələri “ç” bəndinə aiddir.
Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də əksini tapıb.
Bu maddədə göstərilən pozulmaların olması tibbi sənədlərlə, göstərilən pozulmaların əmək qabiliyyətinə və ya hərbi xidmət vəzifələrinin icrasına təsiri iş, tədris və ya hərbi xidmət yerlərinin məlumatları ilə təsdiq olunmalı, diaqnoz isə klinik və xüsusi müayinələrin nəticələri ilə təsdiq edilməlidir. İlkin hərbi qeydiyyata alınarkən, hərbi xidmətə çağırılarkən, hərbi xidmətə könüllü daxil olarkən, vətəndaşların hərbi xidmətə yararlılıq kateqoriyası haqqında qərar stasionar müayinədən sonra çıxarılır.