Ankerlərin divardan dartıb çıxardan dartıcı qüvvələrə hesablanmalarında ehtiyat əmsalının necə götürülməli olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Asma fasad sistemləri. Layihələndirmə normaları”nda əksini tapıb.
Ankerlərin divardan dartıb çıxardan dartıcı qüvvələrə hesablanmalarında ehtiyat əmsalı aşağıdakılara bərabər götürülməlidir:
1) genişləndirici polad elementli ankerlər üçün – 5;
2) plastik dübelli ankerlər üçün:
– əsasın materialının həcm çəkisi ən azı 1500 kq/m3 olduqda – 5;
– əsasın materialının həcm çəkisi 1500 kq/m3-dan az olduqda – 7.