“Asma fasad sistemləri. Layihələndirmə normaları” hündürlüyü 75 metrdən çox olmayan yeni inşa olunan, yenidən qurulan və ya təmir edilən yaşayış və çoxfunksiyalı binalar və komplekslər, eləcə də hündürlüyü 50 metrdən çox olmayan ictimai, inzibati və məişət binalarının hava aralaylı asma fasadlarının layihələndirilməsi və quraşdırılmasına şamil edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Asma fasad sistemləri. Layihələndirmə normaları”nda əksini tapıb.
Normalar AzDTN 2.12-4 sənədinin tələblərinə uyğun olaraq daha yüksək istilik mühafizəsi səviyyəsinə nail olunması və enerji səmərəliliyinin artırılması məqsədi ilə mülki binaların fasadlarının təmirində və bərpasında istifadə edilir.