Hava aralaylı asma fasad layihəsi memarlıq həlləri, üzlük tavaları və ya panellərin ölçüləri, onların materialı, rəngi və yükdaşıyan karkasa bərkidilmə üsulu (bərkidici elementlərin növü, materialı və ölçüləri daxil olmaqla), üzlük tavaları arasında tikişlərin hesablama eni göstərilməklə binanın fasadlarının bölgü oxlarının cizgiləri, boşluqlarına (pəncərə və qapıların), eyvanlarına, kürsülüyünə, dam örtüyünə, karnizlərinə və ya parapetlərinə və digər zəruri düyünlərinə birləşdirilməsinin konstruktiv həlləri ehtiva etməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Asma fasad sistemləri. Layihələndirmə normaları”nda əksini tapıb.