Hava aralaylı asma fasadların layihələndirilməsi və quraşdırılması zamanı üzlüyün altında, fasadın pəncərə və qapı boşluqlarının bütün perimetri boyu, ən azı 0,55 mm qalınlığında sinklənmiş poladdan və ya digər yanmayan materiallardan hazırlanmış qoruyucu çərçivə (gözlük) ekranlar quraşdırılmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Asma fasad sistemləri. Layihələndirmə normaları”nda əksini tapıb.

Ekranlar fasadın əsas müstəvisinə perpendikulyar olmaqla, pəncərə boşluqlarının müvafiq kənarlarından ən azı 70 mm məsafədə, binanın əsası ilə üzlük arasındakı aralığın bütün eni  üzrə yerləşdirilməlidir.