Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə şəhər ərazsində qeydə alınıb.
Belə ki, 1969-cu il təvəllüdlü E.Huseynov və onun həyat yoldaşı 1968-ci il təvəllüdlü U. Huseynova bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.
Hadisəni E.Huseynovun bacısı oğlu törədib.
Dərhal hər iki xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, U. Huseynovanın həyatını xilas etmək mümkün olmayıb.
Hadisəni törətməkdə şübhəli bilinən R. Abbasov salxanılaraq istintaqa təhvil verilib.