Gözdaxili yad CİSMLƏR

22 Noyabr 2024, 06:15

Gözdaxili yad cisimlər olan bütün hallarda “Xəstəliklər cədvəli”nin III qrafası ilə şəhadətləndirilənlərin hərbi xidmətə, hərbi-uçot ixtisasları üzrə xidmətə yararlılıq kateqoriyaları barədə məsələ gözün yaralanmasından 3 aydan az olmayaraq müddət keçdikdən sonra həll edilir.

Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.

Metalloz və iltihab əlamətləri olmadıqda, gözün funksiyaları (görmə itiliyi, görmə sahəsi, qaranlığa adaptasiya və s.) yaxşı saxlandıqda, onlar sıradankənar hərbi xidmətə yararlı, lakin tankların, piyadaların döyüş maşınlarının, zirehli maşınların ekipaj heyəti tərkibində, raket hissələrinin buraxıcı qurğularında xidmətə, nəqliyyat vasitələrini idarə etməyə, həmçinin bədənin vibrasiyası ilə əlaqədar olan işlərə yararsızdırlar.