Protokol imzalandığı andan ən geci 5 iş günü müddətində hərracın qalibi əmlakın satış qiymətini sifarişçinin sifarişdə göstərilən hesabına köçürməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “İcra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması Qaydası”nda əksini tapıb.

Hərracın qalibi əmlakın satış qiymətini və qanunla müəyyən olunmuş ödənişləri müəyyən edilən müddətdə ödəmədikdə və ya protokolu imzalamaqdan imtina etdikdə beh məbləği qaytarılmır və hərrac iştirakçılarına, habelə sifarişçiyə, tələbkara və borcluya həmin şəxsin hərracın qalibi statusunu itirməsi və növbəti yuxarı qiymət təklif etmiş şəxsin hərracın qalibi olması barədə dərhal bildiriş göndərilir.