Hərrac predmeti tez xarab olan (yararlılıq müddəti 60 təqvim günündən tez başa çatan) məhsullar olduqda sifarişçi təşkilatçıya sifarişlə bağlı sənədləri 3 təqvim günü müddətində təqdim etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “İcra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması Qaydası”nda əksini tapıb.
Hərracın predmeti daşınar əmlak (nəqliyyat vasitəsi, məişət əşyaları, elektronika, zinət əşyaları, antik əşyalar və s.) olduqda, sifarişçi həmin əmlakı “Qəbul-təhvil aktı” əsasında müəyyən edilmiş saxlanc yerinə (anbara) təhvil verməlidir.