Hava aralaylı asma fasad layihəsi istifadə olunan istilik izolyasiya qatının materialı, qalınlığı, əsasa bərkidilmə üsulu, külək və sudan mühafizə membranın materialı haqqında məlumat və asma fasad sisteminin yükdaşıyan karkasın konstruktiv həlləri (yükdaşıyan elementlər üçün istifadə olunan profillərin materialı, növü və ölçüləri, şaquli və/və ya üfüqi istiqamətləndiricilərin yerləşmə sxemi, konstruksiyaların bərkidici elementləri haqda məlumatlar, asma fasadın bina karkasına bərkidilmə düyünləri, konsol dirsəklərin növləri və ölçüləri haqda məlumat, istifadə olunan ankerlərin növləri və ölçüləri haqda məlumat, korroziya əleyhinə mühafizə tədbirləri və qoparılma qüvvəsinin hesablanmış qiymətləri) ehtiva etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Asma fasad sistemləri. Layihələndirmə normaları”nda əksini tapıb.