Üzlük tavalarının və istilik qatının öz çəkisindən gələn yüklər istehsalçı müəssisənin texniki şərtlərinə və ya pasport məlumatlarına əsaslanaraq qəbul edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Asma fasad sistemləri. Layihələndirmə normaları”nda əksini tapıb.
Külək yükü AzDTN 2.1-1-ə uyğun müəyyən edilir. Qüvvələr – əyici momentlər, eninə və uzununa qüvvələr, eləcə də əyintilər materiallar müqavimətinin və inşaat mexanikasının əsas prinsiplərindən və Normaların 12.5-ci bəndində göstərilən əlavə tələblərdən istifadə olunmaqla müəyyən edilir.