Lövhə başlıqlı dübellərin şaxtayadavamlılığı ən azı 150 dövr (dondurma/ərimə) olmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Asma fasad sistemləri. Layihələndirmə normaları”nda əksini tapıb.
Elastik istilik izolyasiya materiallarından istifadə edildikdə, ankerlərin quraşdırıldığı yerlərdə istilik izolyasiya qatının tam qalınlığının saxlanılması (döşək effekti istisna olunması) üçün məhdudlaşdırıcılı ankerlərdən istifadə olunması tövsiyə edilir.