Ağdam stansiyasından 74 km cənub-qərbdə Laçın rayonunda zəlzələ qeydə alınıb.

Bu barədə Heftelik.az-a Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Zəlzələ Laçın rayonunda 4 bala kimi hiss olunub.

Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti Laçında qeyd alınmış yeraltı təkanın Azərbaycanla həmsərhəd olan Gorus, Mehri, Qafan və daha bir neçə yaşayış məntəqəsində 3-4 bala qədər hiss olunduğu barədə məlumat yayıb.

***

saat 12.31

Azərbaycanda 4,5 maqnitudalı zəlzələ olub.

Heftelik.az-ın xəbərinə görə, bu gün yerli vaxtla saat 12.10-da  Azərbaycanda zəlzələ qeydə alınıb.

Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.