Noyabrın 25-dən COP29 zolaqları qüvvədən düşmüş hesab ediləcək.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Heftelik.az-a verilən məlumata görə, ictimai nəqliyyatın xüsusi zolaqlar şəbəkəsinə daxil olmayan, məhz COP29 nəqliyyat əməliyyatlarının təşkili üçün çəkilmiş zolaqlar tədbir yekunlaşdıqdan sonra öz qüvvəsini itirəcək.

“Bu məqsədlə AYNA tərəfindən qeyd edilən zolaqlarda 5.9 avtobus zolağını bildirən yol nişanlarının sökülməsi və xətlərin silinməsi işlərinə başlanılıb.

Yol nişanları çıxarılmış zolaqlar artıq qüvvədən düşmüş hesab olunacaq.

25 noyabr tarixinədək müvafiq nişanların çıxarılması işləri icra ediləcək”, – deyə məlumatda qeyd olunub.

***

saat 12.40

Bakıda COP zolaqlarının ləğvinə başlanılıb.

Heftelik.az-ın məlumatına görə, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Qeyd olunub ki, ilk olaraq Koroğlu Rəhimov küçəsinə çəkilən zolaqların ləğvinə başlanılıb.

Paytaxtdakı bütün COP zolaqlarının isə ləğv olunması barədə hələlik dəqiq məlumat yoxdur.