Daşkəsəndə zəhərlənmə faktı qeydə alınıb.

Heftelik.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, hadisə rayonun  Alunitdağ  qəsəbəsində baş verib.

1982-ci il təvəllüdlü S.Məmmədova, 1989-cu il təvəllüdlü A.Ələsgərova, 2011-ci il təvəllüdlü Z.Orucova və 2018-cı il təvəllüdlü A.Orucova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Dərhal onlara tibbi yardım göstərilib, vəziyyətlərinin norml olduğu bildirilir.

Məlumata görə, həmin şəxslər yaşadıqları evin qonaq otağında dəm qazından zəhərləniblər.

Faktla bağlı araşdırma aparılır.