Hərracda mülki hüquq fəaliyyət qabiliyyətli fiziki şəxslər (o cümlədən tələbkar və borclu) və hüquqi şəxslər Portalda “elektron kabinet” yaratmaqla iştirak edə bilərlər.

Heftelik.az-ın məlumatına görə, bu, “İcra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması Qaydası”nda əksini tapıb.

Sifarişçi, onun qulluq etdiyi icra qurumunun, təşkilatçının və Portalın sahibinin əməkdaşları, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxs və qeyd olunan şəxslərin Azərbaycan Respublikasının Ailə Məcəlləsində dairəsi müəyyən edilən yaxın qohumları birbaşa və ya dolayı yolla həmin hərracda alıcı qismində iştirak edə bilməzlər.