Hansı hallarda şəxsin hərracda iştirakına yol verilmədiyi açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “İcra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması Qaydası”nda əksini tapıb.
Aşağıdakı hallarda şəxsin hərracda iştirakına yol verilmir:
– şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti olmadıqda;
– beh tam ödənilmədikdə və ya beh məbləğində bank qarantiyası təqdim edilmədikdə;
– hüquqi şəxs ləğv prosesində olduqda, fəaliyyəti dayandırıldıqda, yaxud müflis elan olunması üzrə məhkəmə icraatı başlandıqda;
– şəxs eyni hərrac predmeti üzrə əvvəlki hərracın qalibi olduqda, lakin əmlakın satış qiymətini ödəmədikdə, yaxud əmlakı təklif etdiyi qiymətə almaqdan imtina etdikdə;
– müraciət elanda göstərilən müraciətlərin qəbulu müddəti qurtardıqdan sonra təqdim edildikdə.