Cərrahiyyə əməliyyatından sonra göz dibində və buynuz qişada degenerativ dəyişikliklər olmadığı təqdirdə vətəndaş hərbi xidmətə yararlı hesab edilir.

Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.

Buynuz qişada optikorekonstruktiv cərrahiyyə əməliyyatları keçirmiş şəxslər əməliyyatdan sonra fəsadlaşmalar, göz dibində və buynuz qişada degenerativ-distrofik dəyişikliklər olmadıqda, habelə cərrahiyyə əməliyyatına qədər ametropiya dərəcəsinin ƏTC-nin “ç” bölməsində nəzərdə tutulandan yüksək olmaması sənədlə təsdiq olunduğu halda, cərrahiyyə əməliyyatından 1 (bir) il sonra hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə daxil olmağa yararlıdırlar.