Hava aralaylı asma fasad sistemlərinin binaların ikinci mərtəbəsindən aşağı hissələrində tətbiqi tövsiyə edilmir.

Heftelik.az-ın məlumatına görə, bu, “Asma fasad sistemləri. Layihələndirmə normaları”nda əksini tapıb.

Binaların birinci və zirzəmi mərtəbələrində hava aralaylı asma fasadlar tətbiq ediləcəyi təqdirdə onların mexaniki təsirlərə qarşı mühafizəsi tədbirləri nəzərdə tutulmalıdır.