İkinci ən yuxarı qiymət təklif etmiş şəxs əmlakı almaqdan imtina etdikdə, yaxud əmlakı almağa razılığını bildirdikdən 5 iş günü müddətində əmlakın satış qiymətini tam ödəmədikdə bildiriş ardıcıllıqla növbəti yuxarı qiymət təklif etmiş şəxslərə, habelə sifarişçiyə, tələbkara və borcluya göndərilir və eyni qayda tətbiq olunur.

Heftelik.az-ın məlumatına görə, bu, “İcra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması Qaydası”nda əksini tapıb.

Növbəti yuxarı qiyməti təklif etmiş digər iştirakçılar da əmlakı almaqdan imtina etdiyi, yaxud əmlakın satış qiymətini ödəmədiyi halda hərracın nəticələri avtomatik olaraq ləğv olunur və bu barədə hərrac iştirakçılarına, habelə sifarişçiyə, tələbkara və borcluya elektron qaydada bildiriş göndərilir.