Qlaukoma diaqnozu stasionar şəraitdə yük sınaqları tətbiq edilməklə təsdiq olunmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.
Hərbi xidmətə yararlılıq kateqoriyası məsələsi müalicədən (medikamentoz və ya cərrahi) sonra prosesin stabilləşmə dərəcəsi və görmə orqanının funksiyaları (görmə itiliyi, görmə sahəsi, paramərkəzi skotomaların, o cümlədən yük sınaqları zamanı olması, həmçinin görmə siniri məməciyinin ekskovasiyası və s.) nəzərə alınmaqla həll edilir. Bu maddə ilə ikincili qlaukoması olan şəxslər də şəhadətləndirilirlər.