Tikinti meydançası şəraitində tavaların mişarlanma prosesində əmələ gələn tilləri boya və lakboya materialı ilə rənglənməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Asma fasad sistemləri. Layihələndirmə normaları”nda əksini tapıb.

Binaların tikintisi və istismarı zamanı bilavasitə hava aralaylı asma fasadların üzlüyünə layihədə nəzərdə tutulanlar istisna olmaqla, əlavə qurğuların və detalların bərkidilməsinə icazə verilmir.