Hava aralaylı asma fasadların layihələndirilməsi və quraşdırılması zamanı pəncərə boşluqlarının haşiyələnməsinin konstruktiv həlləri və onların əsasa bağlanılması üsulları yanğının mümkün istilik təsiri zamanı onların layihələndirilən mövqeyinin dəyişməsi imkanını istisna etməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Asma fasad sistemləri. Layihələndirmə normaları”nda əksini tapıb.

Hava aralaylı asma fasadların yükdaşıyan karkas elementlərinin praktiki cəhətdən təmirə yararsızlığı, onların uzunmüddətli istismarı təcrübəsinin olmaması, getdikcə artan dağılmanın mümkünlüyü, əsas yükdaşıyan konstruksiyalarının divarlarının ensiz (40 sm-dən az)  olması və mühitin aqressivlik dərəcəsinin zamanla artması ehtimalının mümkünlüyü nəzərə alınaraq, hava aralaylı asma fasad konstruksiyalarının korroziyaya qarşı etibarlılığı yüksək olmalıdır.