Asma fasad sisteminin texniki göstəricilərindən və yükgötürmə qabiliyyətindən asılı olaraq, hava aralayının genişliyi, daxilində hava hərəkətinin yol verilən maksimal sürətinə nəzərən hesablama ilə müəyyən edilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Asma fasad sistemləri. Layihələndirmə normaları”nda əksini tapıb.

Asma fasad sisteminin texniki göstəricilərindən və yükgötürmə qabiliyyətindən asılı olaraq, hava aralayının genişliyi, daxilində hava hərəkətinin yol verilən maksimal sürətinə nəzərən hesablama ilə müəyyən edilir və aşağıda göstərilənlərdən az olmamalıdır:

1) ekranın panelləri arasında 2-10 mm enində açıq üfüqi və şaquli tikişlər mövcud olduqda:

– sahəsi 0,4 m2 və daha çox olan üzlük tavaları istifadə olunduqda 50 mm;

– sahəsi 0,4 m2-dən az olan üzlük tavaları istifadə olunduqda 30 mm.

2) ekranın panelləri arasında 2-10 mm enində yalnız açıq üfüqi tikişlər mövcud olduqda:

– sahəsi 0,4 m2 və daha çox olan üzlük tavaları istifadə olunduqda 40 mm;

– sahəsi 0,4 m2-dən az olan üzlük tavaları istifadə olunduqda 20 mm.