Binanın tikintisinin və istismarının həyata keçəcəyi konkret şəraitdə texniki-iqtisadi məqsədəuyğunluğu nəzərə alınmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Asma fasad sistemləri. Layihələndirmə normaları”nda əksini tapıb.
Binanın tikintisinin və istismarının həyata keçəcəyi konkret şəraitdə texniki-iqtisadi məqsədəuyğunluğu nəzərə alınmaqla hava aralaylı asma fasadların konstruktiv həllinin seçimi aşağıdakılar təmin olunmaqla həyata keçirilməlidir:
– qəbul olunmuş konstruksiyanın etibarlılığı və uzunömürlülüyü;
– yanğın təhlükəsizliyi;
– istifadə olunan materialların fiziki-mexaniki xassələrinin ən dolğun istifadəsi;
– quraşdırılma və istismarına minimum əmək sərfi;
– hava aralaylı asma fasadların konstruksiyasında istifadə olunan materialların zərərli təsir amillərinin olmaması;
– binanın yaşayış və qeyri-yaşayış sahələrində optimal gigiyenik şərait.