Bir və ya hər iki gözdə afakiya, artifakiya olduqda, korreksiyanın rahat keçirilməsi ilə görmə itiliyindən asılı olaraq, III qrafa üzrə şəhadətləndirilənlər üçün qərar “Xəstəliklər cədvəli”nin 34-cü maddəsi üzrə çıxarılır.
Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.
Onlar hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə daxil olmağa, HDQ, ÜH, DP, XQ-də, tanklarda, piyadaların döyüş maşınları ekipajı heyətində xidmətə, nəqliyyat vasitələrini idarə etməyə və bədənin vibrasiyası ilə bağlı işlərə yararsızdırlar.