Əhalinin rifah halının daha da yüksəldilməsi istiqamətində layihələr davam edir.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, növbəti ildə DSMF-nin xərcləri cari ildən 10,5 % çoxdur: “Növbəti il üçün pensiyaların orta aylıq məbləği 535 manat, yaşa görə isə orta aylıq pensiya 571 manat proqnozlaşdırılır. Cari ilin sonuna yaşa görə orta aylıq pensiya 527,3 manat olaraq proqnozlaşdırılır. Pensiya sistemində əsassız və saxta ödənişlərin aradan qaldırılması nəticəsində 2024-cü ilin 9 ayı ərzində indeksasiya əmsalları tətbiq edilmədən 955 milyon manat, indeksasiya tətbiq edildikdə isə 1 milyard 363 milyon manat əsassız xərclərin qarşısı alınıb”.