Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, şəhərin İsmət Qayıbov küçəsində “Mersedes” markalı təcili tibbi yardım maşını yolu keçmək istəyən orta yaşlı piyadanı vurub.

Piyada xəstəxananaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.