Hava aralaylı asma fasadlar layihələndirilərkən hansı hesablamalar aparılmalı olduğu açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “Asma fasad sistemləri. Layihələndirmə normaları”nda əksini tapıb.

Hava aralaylı asma fasadlar layihələndirilərkən, qoruyucu fasad konstruksiyalarının aşağıdakı inşaat istilik texniki xarakteristikalarının hesablamaları aparılmalıdır:

– istilikkeçirməyə müqaviməti;

– hava keçirməyə müqavimət;

– buxar keçiriciliyinə müqavimət.

Binaların istilik mühafizəsi layihələndirilərkən qeyd olunan hesablamalar AzDTN 2.12-4 normativ sənədinin tələblərinə uyğun yerinə yetirilməlidir.