Polad konstruksiyaların korroziyaya davamlılığı TNvəQ 2.03.11 tələblərinə cavab verməklə təmin edilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Asma fasad sistemləri. Layihələndirmə normaları”nda əksini tapıb.

Hava aralaylı asma fasadların yükdaşıyan karkası aşağıdakı elementlərdən ibarətdir:

– konsol dirsəklər;

– konsol dirsəkləri əsasa bərkidən ankerlər;

– yükdaşıyıcı profillər (şaquli və/və ya üfüqi);

– yükdaşıyan karkas elementlərinin yığılması üçün bərkidici detallar;

– konsol dirsəklər və əsas arasında qoyulan termoayırıcı aralayı.