İstilik izolyasiya qatının xarici səthi (istehsalçının texniki göstəricilərinə əsasən) buxar keçirən materialdan olan külək-hidroizolyasiya membranı ilə örtülməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Asma fasad sistemləri. Layihələndirmə normaları”nda əksini tapıb.
Belə materialın buxar keçiriciliyi DÜİST 25898-in tələbinə əsasən ən azı 0,30 mq/[m·saat·Pa] olmalıdır. Ona görə də, istilik izolyasiya qatının quraşdırılması üçün, xarici tərəfdən buxar keçirən membran ilə laminatlanmış (üzlənmiş), eləcə də məmulatların səthlərinin hava axınına qarşı (sovurma) daha yüksək müqavimətini təmin edən xüsusi texnologiya əsasında hazırlanmış istilik izolyasiya məmulatlarına daha çox üstünlük verilir.