Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi əməkdaşlarının Səhiyyə Nazirliyinin mütəxəssislərinin iştirakı ilə keçirdikləri kompleks tədbirlər nəticəsində ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən, mənşəyi və keyfiyyəti şübhə doğuran külli miqdarda – ümumilikdə 7565 ampula, 1781 flakon, 10207 konvolyut dərman və 284 ədədi birdəfəlik tibbi vasitə, 34 paket, 1238 şpirisdən (iynə) ibarət tibbi vasitələr aşkar edilərək götürülüb.

Heftelik.az-ın xəbərinə görə,  bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Həmin dərman vasitələrinin Bakı və Sumqayıt şəhərlərində yerləşən apteklərə paylanılaraq satışa çıxarılmasının qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.