Materialların xüsusiyyətləri ilə bağlı bəzi məqamlara aydınlıq gətirilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Asma fasad sistemləri. Layihələndirmə normaları”nda əksini tapıb.
AD 31T1, AMq2M və AMq2N2 markalı alüminium ərintilərindən hazırlanmış yükdaşıyan karkas elementlərinin və pərçimlərin hesablama müqaviməti (ölçü vahidi – MPa ilə) aşağıdakılara bərabər qəbul olunmalıdır:
– yükdaşıyan karkas elementləri üçün: dartılma, sıxılma və əyilmədə R = 120; sürüşmədə Rs = 75; əzilmədə Rlp = 90; elastiklik modulu E = 7·104;
– pərçimlər üçün: kəsilmədə Rrs = 70; əzilmədə Rgr = 110. İş şəraitinin əmsalı ys = 1,0.
Polad profillərin hesablama müqaviməti (MPa ilə) aşağıdakı kimi qəbul olunmalıdır:
– dartılmada, sıxılmada və əyilmədə Ry= 230; sürüşmədə Rs = 133; əzilmədə Rlp = 175; elastiklik modulu E = 20·104. İş şəraiti əmsalı ys = 1.0.
Polad boltlar və pərçimlərin hesablama müqaviməti (MPa ilə) aşağıdakılara bərabər qəbul edilməlidir:
– dartılmada Rbt = 170; kəsilmədə Rbs =150. İş şəraitinin əmsalı yb = 0,8.