Rusiyanın Xabarovsk vilayətində Azərbaycan vətəndaşı sevgilisini döyməkdə ittiham olunur.
Heftelik.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, azərbaycanlı ilə sevgilisi arasında qısqanclıq səbəbilə münaqişə yaranıb. Mübahisə zamanı kişi qadını döyüb, sonra boğazından tutub və səsini kəsənə qədər saxlayıb.
Azərbaycan vətəndaşına qarşı cinayət işi açılıb. Artıq hüquq-mühafizə orqanlarının əməkdaşları bütün lazımi ekspertizaları həyata keçirib və kişiyə qarşı ittiham irəli sürülüb. Onun təqsirini etiraf edib-etmədiyi barədə məlumat verilmir.
Təsdiq olunmuş ittiham aktı ilə cinayət işi mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.