Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası fəaliyyətini dayandırıb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, 2002-ci ildən fəaliyyət göstərən federasiya bu gündən ləğv olunub.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov idi.
Xatırladaq ki, Seymur Talıbov Naxçıvan MR-in Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğludur.