Zaqatala rayon sakinləri dönərdən zəhərlənib.
Heftekik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, ötən gün axşam saatlarında 1999-cu il təvəllüdlü rayonun Cobankol kənd sakini İlqar Əhmədov, 2007-ci il təvəllüdlü rayonun Mosul kənd sakini İradə Əsadullayeva və 2016-cı təvəllüdlü rayonun Qazangül qəsəbə sakini Əli Atayev qida zəhərlənməsi əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) təcili yardım şöbəsinə daxil olublar.
Onların dönərdən zəhərləndikləri ehtimal olunur.
TƏBİB-dən bildirilib ki, noyabrın 25-də saat 21:30 radələrində 3 nəfər (2-si kişi cinsli, 1-i qadın cinsli) Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunublar. Onlara dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi, dispepsiya diaqnozu təyin edilib və zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabil qiymətləndirilən hər üç şəxs ambulator müalicə üçün evə buraxılıb.