Layihə sənədləri  hava aralaylı asma fasadların əsas konstruktiv elementlərinin və sistemin binanın yükdaşıyan karkasına bərkidilmə düyünlərinin sınaq protokolları və binanın istismarı zamanı hava aralaylı asma fasadların profilaktik yoxlamaları (monitorinqi), təmizlənməsi, yuyulması və təmiri üzrə tədbirlərin siyahısı ilə komplektləşdirilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Asma fasad sistemləri. Layihələndirmə normaları”nda əksini tapıb.

Konstruksiyalar fasadlara qulluq olunması və təmiri ilə bağlı xüsusi istismar tələblərinə cavab verməlidir.