Türkiyənin “Beşiktaş” klubunun prezidenti Hasan Arat istefası barədə açıqlama verib.
Heftelik.az-ın məlumatına görə, Hasan Arat klub prezidentliyindən deyil, “Beşiktaş Futbol” AŞ. başqanlığından istefa verdiyini bildirib.
O, bundan sonra klubun siyasətində olacağını deyib.
Hasan Arat bundan sonra “Beşiktaş Futbol” AŞ.-yə Hüseyin Yüsel, Mete Vardar, Feyyaz Uçar və Onur Göçmezin rəhbərlik edəcəyini də açıqlayıb.
Qeyd edək ki, bundan əvvəl Hasan Aratın “Beşiktaş” Jimnastik Klubunun (BJK) prezidentliyindən istefa verdiyi barədə məlumat yayılmışdı.
***
saat 17.17
Türkiyə Super Liqa təmsilçilərindən “Beşiktaş”ın prezidenti Hasan Arat istefa verib.
Heftelik.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İlk ümumi yığıncağa qədər kluba Hüseyin Yücel rəhbərlik edəcək.