Hərracın keçirilməsinə 1 iş günü qalanadək iştirakçılara sifarişçi tərəfindən satışa çıxarılan əmlakla tanış olmaq üçün imkan yaradılır.
Heftelik.az-ın məlumatına görə, bu, “İcra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması Qaydası”nda əksini tapıb.
Aşağıdakı hallarda hərrac baş tutmamış sayılır:
– hərracın iştirakçısı olmadıqda;
– hərracda iştirak edən şəxs(lər) tərəfindən hərrac bitənədək təklif verilmədikdə;
– sifarişçi Qanunun 17-ci maddəsində müəyyən edilən əsaslar üzrə icra sənədi üzrə icraatı hərracın nəticələrinə dair yekun protokol tərtib edilənədək dayandırdıqda.