5 mərtəbəyə qədər binalarda hava aralaylı asma fasadların quraşdırılma işləri yalnız binada dam örtüyü, navalça və suyun axıdılması üçün boruların quraşdırılması üzrə işlər tam başa çatdıqdan sonra aparılmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Asma fasad sistemləri. Layihələndirmə normaları”nda əksini tapıb.

Digər binalar üçün texnoloji sənədlərdə, əsas üzərinə bərkidilmiş istilik izolyasiya qatı sahələrinə atmosfer nəminin və yağıntılarının daxil olmasının istisna olunması üçün tədbirlər nəzərdə tutmalıdır.