Göz büllurunun çıxığı və burxulması afakiya kimi qiymətləndirilir.
Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.
Bir gözdə afakiya və digər gözdə həmin gözün görmə itiliyini 0,4-ə qədər azaldan büllurun bulanması olduğu hallarda III qrafa üzrə şəhadətləndirilənlər üçün qərar “Xəstəliklər cədvəli”nin 34-cü maddəsi üzrə çıxarılır.