İstilikkeçirməyə, hava və buxar keçiriciliyinə müqavimətin normativ qiymətləri AzDTN 2.12-4 normativ sənədinin tələblərinə uyğun qəbul olunmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Asma fasad sistemləri. Layihələndirmə normaları”nda əksini tapıb.

Binaların quraşdırılmış hava aralaylı asma fasad sistemli qoruyucu konstruksiyalarının istilikkeçirməyə müqaviməti, qiymətlərinə hava aralaylı asma fasadların aşağıdakı konstruktiv xüsusiyyətləri təsir edən, istilik-texniki bircinslik əmsalı nəzərə alınmaqla qəbul olunmalıdır:

– əsasla təmasda olan (konsol dirsək) yükdaşıyan karkas elementlərinin materialının istilik-texniki xüsusiyyətləri;

– yükdaşıyan karkas elementlərinin əsasla (konsol dirsəklə) təmas sahəsi;

– əsasın (konsol dirsəklərin) 1 m2 səthi ilə təmasda olan yükdaşıyan karkas elementlərinin sayı;

– əsas və konsol dirsəklər arasında termoayırıcı aralayılarının materialının istilik-texniki xassələri və qalınlığı.