Polimer örtüklü sinklənmiş polad elementlərdə sink örtüyünün qalınlığı ən azı 18 mkm, polimer örtüyünün qalınlığı isə ən azı 45 mkm olmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Asma fasad sistemləri. Layihələndirmə normaları”nda əksini tapıb.

Alt konstruksiyaların bütün elementləri istifadə olunan metalın tərkibi və xassələri, mühafizə örtüyü mövcud olduqda, onun tərkibi, xüsusiyyətləri və çəkilmə üsulları haqqında sənədlərlə müşayiət edilməlidir.