Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Sumqayıt Bulvarı ərazisində qeydə alınıb.
Yolu süpürən 39 yaşlı Zeynalova Səriyyə Tofiq qızını avtomobil vurub.
Yaralı xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Fakt araşdırılır.