Suyun istilik izolyasiya qatına düşməsinə yol verməmək üçün, ekranın səthinin ehtiyac duyulduğu hallarda əl ilə yuyulması tövsiyə olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Asma fasad sistemləri. Layihələndirmə normaları”nda əksini tapıb.
Hava aralaylı asma fasadların istismarı zamanı hər 4 ildən bir yükdaşıyan karkasın, istilik izolyasiyasının, üzlük elementlərinin və onların bərkidici elementlərinin texniki vəziyyətinin planlaşdırılmış müayinəsi aparılmalıdır.