Aqressiv mühit təsirlərində, TNvəQ 2.03.11-in tələblərinə uyğun olaraq asma fasadların metal elementlərini korroziyadan mühafizə etmək üçün tədbirlər nəzərdə tutulmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Asma fasad sistemləri. Layihələndirmə normaları”nda əksini tapıb.
Hesablamalar üzlük tavalarının kütləsindən gələn şaquli yükə, küləyin təzyiqindən (mənfi təzyiq) yaranan üfüqi yükə, buz bağlama yüklərinə, iqlim təsirlərindən yaranan temperatur yüklərinə aparılmalıdır. Yüklər hesablandıqda AzDTN 2.3-1-ə uyğun seysmik yüklər nəzərə alınır.