Yükdaşıyan karkasın konstruksiyası istiqamətləndiricilərin mövqeyini üç müstəvidə tənzimləmək imkanını təmin etməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Asma fasad sistemləri. Layihələndirmə normaları”nda əksini tapıb.

Tənzimləmə diapazonu layihələndirmə zamanı aşağıdakılardan asılı olaraq təyin edilir:

– əsasın səthinin şaquli müstəvidən yol verilən və/və ya faktiki sapmaları;

– konsol dirsəklərin əsasa bərkidilməsinin geodeziya qurulma yerlərinin həddi məhdudiyyətləri və quraşdırma işlərinin yerinə yetirilmə dəqiqliyi;

– üzlük tavalarının həndəsi ölçülərinin yol verilən sapmaları;

– istilik təsiri altında elementlərin deformasiyalarının hesablama qiyməti.