Hərrac baş tutmadıqda, şəxsin hərracın iştirakçısı kimi qeydə alınmasından imtina edildikdə, qeydə alınmış iştirakçı hərracda iştirakdan imtina etdikdə, habelə hərracın qalibi olmayan iştirakçıların beh məbləğləri 5 iş günü müddətində geri qaytarılır.
Heftelik.az-ın məlumatına görə, bu, “İcra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması Qaydası”nda əksini tapıb.
Hərrac baş tutmadıqda, yaxud nəticələri ləğv edildikdə növbəti (təkrar) hərracın keçirilməsi üçün avtomatik elan verilir. Həmin elanda əvvəlki hərracın baş tutmadığı, yaxud nəticələrinin ləğv olunduğu və bunun səbəbi barədə məlumat öz əksini tapmalıdır.