Hava aralaylı asma fasadların alt konstruksiyalarının müxtəlif cinsli materiallardan quraşdırılması halında, hər bir konstruksiya variantı istismar şəraiti (ətraf atmosferin aqressivliyi, havanın rütubətliyi, istilik izolyasiya materialının növü) nəzərə alınmaqla qiymətləndirilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Asma fasad sistemləri. Layihələndirmə normaları”nda əksini tapıb.

Bütün metal konstruksiyalar üçün müxtəlif cinsli metalların bir-biri ilə birbaşa təması istisna edilməlidir.