Ukraynada gedən döyüşlərdə daha bir azərbaycanlı həlak olub.
Heftelik.az-ın xəbərinə görə, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Məlumata görə, həmin şəxs Goranboy rayonu Nadirkənd sakini Cəlilov Şəhriyar Əjdər oğludur. Qeyd olunub ki, o, Rusiya Silahlı Qüvvələrinin tərkibinə könüllü qoşulub.
Bildirilib ki, mərhum əvvəl Azərbaycanad Daxili Qoşunlarda baş-leytenant kimi xidmət edib, sonra ordudan tərxis olaraq Rusiya ordusunun sıralarına qoşulub.
Şəhriyar Cəlilov noyabrın 17-də Xarkov istiqamətində gedən döyüşlərdə həlak olub. Hazırda meyiti Ukrayna ordusunun nəzarət etdiyi ərazidə qaldığı üçün çıxarmaq mümkün deyil.